Sosyal Medya

AKSARAY 2. AİLE MAHKEMESİ

ELAN
TÜRKİYƏ RESPUBLİKASI
AKSARAY 2-Cİ AİLƏ MƏHKƏMƏSİNDƏN
 
İŞİN NÖMRƏSİ : 2022/172

CAVABDEH : PERVANE ABDULHALİGOVA OKUR İddiaçı/iddiaçılar tərəfindən sizə qarşı qaldırılmış boşanma (nikah birliyinin əsaslı şəkildə sarsılması səbəbindən boşanma (mübahisəli)) iddiası üzrə aparılan məhkəmə icraatı zamanı;Məhkəməmiz tərəfindən iddia ərizəsində göstərilən ünvanınıza məhkəmə iclasının tarixini bildirən çağırış vərəqəsi göndərilmiş, lakin həmin ünvandan köçdüyünüzə görə çağırış vərəqəsini sizə təqdim etmək mümkün olmamışdır. Ünvanınızın müəyyən edilməsi üçün aparılmış araşdırma da nəticə vermədiyindən, iddia ərizəsinin və məhkəmə iclasının tarixinin elan vasitəsilə sizə bildirilməsi qərara alınmışdır.
Məhkəmə iclasının tarixi: 12/01/2027-ci il, saat 09:40. Göstərilən tarixdə və saatda məhkəmə iclasında şəxsən iştirak etməli və ya özünüzü nümayəndə vasitəsilə təmsil etdirməlisiniz. Əks təqdirdə, Mülki Məhkəmə İcraatı haqqında Qanunun (H.U.M.K.) 3156 nömrəli Qanunla dəyişdirilmiş 213/2-ci maddəsinə əsasən, məhkəmə baxışının sizin iştirakınız olmadan davam etdiriləcəyi, iddia ərizəsinin və məhkəmə iclasının tarixinin rəsmi qaydada bildirilməsi əvəzinə hüquqi qüvvəyə malik olmaqla, elan vasitəsilə sizə bildirilir.

#ilangovtr Basın no ILN02583569